EN

Rusiyaya qarşı sövdələşmə: Britaniya bu MDB ölkəsi ilə anlaşdı

Moldova Böyük Britaniya ilə təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq haqqında saziş imzalayıb.

Teleqraf.com xəbər verir ki, Britaniya üçün sazişin məqsədi iki ölkə arasında əməkdaşlığı genişləndirmək və Moldovanın xarici təhdidlərə qarşı müqavimətini gücləndirməkdir.

Britaniya xarici işlər naziri Devid Lemmi Rusiyanın Ukraynada işğalı başlayandan sonra Moldovaya ukraynalı qaçqınların ciddi axınını vurğulayıb:

“Ukraynanın yanında olan moldovalılar hər gün Rusiya təcavüzü, imperializmi və təzyiqinin nəticələrini hiss edirlər”.

London, həmçinin Moldovanın kiberhücumlara qarşı müdafiəsini yaxşılaşdırmaq üçün 2 milyon, qaçqınlara kömək məqsədilə səhiyyə sistemini gücləndirmək üçün 5 milyon funt-sterlinq ayıracaq.

Moldova Prezidenti Maya Sandu Rusiya və korrupsiyanı ölkə üçün ən böyük təhlükə adlandırıb. Ölkə Baş naziri Dorin Reçan Konstitusiyanın yenilənmiş variantını açıqlayıb, burada Avropaya inteqrasiya Kişinyovun strateji hədəfi kimi müəyyən edilib.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
16
teleqraf.com

1Sources