EN

Türkiyədən ABŞ-a "Suriya" təklifi: Ankara görün hansı şərtləri irəli sürdü

Türkiyə ABŞ qüvvələrinin Suriyadan çıxarılması və terror təşkilatı PKK/YPG-yə dəstək verməməsi müqabilində İŞİD-lə mübarizə vəzifəsini üzərinə götürə biləcəyini bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Türkiyənin terroru mənbəyində məhv etmək siyasəti ilə həyata keçirdiyi sərhədyanı əməliyyatlar PKK-nın fəaliyyət imkanlarını məhdudlaşdırıb. Bölgədəki digər təhlükə isə zaman-zaman PKK/YPG ilə əməkdaşlıq edən İŞİD-dir. Türkiyə 2016-cı ildə başlatdığı “Fərat Qalxanı” əməliyyatı ilə İŞİD-ə böyük zərbə vurub və bununla da terror təşkilatı PKK/YPG/PYD-nin Suriyanın şimalında dəhliz yaratmaq istəyinin qarşısını alıb.

Bölgədə fəal olan ölkələrdən biri də ABŞ-dır. Terror qruplarını "qidalandıran", təhrik edən, onlardan öz təsir dairəsini genişləndirmək üçün istifadə edən NATO müttəfiqi olmasına baxmayaraq Türkiyəyə qarşı fəaliyyətlərini heç vaxt dayandırmayıb.

Chosen
17
1
publika.az

1Sources