EN

Bu ölkədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edildi

Avstraliya hökuməti ölkədə 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunu qəbul edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Avstraliyanın Baş naziri Entoni Albaneze açıqlayıb. 

Onun sözlərinə görə, ölkə rəhbərliyi, həmçinin texnoloji şirkətlərdən və sosial şəbəkələrin administrasiyalarından 16 yaşdan kiçik istifadəçilərin hesab və səhifə yarada bilməməsi üçün tədbirlər görməyi tələb edib:

“Hökumət yeni qanunun pozulmasına görə ciddi cərimə nəzərdə tutub və yeni qaydalara əməl etməyən rəqəmsal platformalar 49,5 milyon Avstraliya dollarına qədəd (32 milyon dollardan çox) cərimələnə bilər”.

Albaneze əlavə edib ki, yeni qaydalar Snapchat, TikTok, instaqram və “X” kimi sosial şəbəkələrə şamil edilir. Bununla belə, uşaqlar “Google Classroom” və yutubdan istifadə edə biləcəklər.

 

Chosen
21
3
qafqazinfo.az

4Sources