EN

"Minimum əmək haqqının vergidən azad edilməsi maaşların artmasına səbəb ola bilər" - DEPUTAT

QHT.az xəbər verir ki, deputat Vüqar Bayramov "Vergi Məcəlləsində" edilən dəyişikliklərin müzakirəsi zamanı minimum əmək haqqının vergidən azad olunmasını təklif edib. O, qeyd edib ki, hazırda minimum əmək haqqı 345 manatdır və vergi güzəştləri 200 manata qədər tətbiq olunur. Deputat bu tətbiqin inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da minimum əmək haqqı ilə hesablanmasını təklif edərək, bunun nəticəsində vətəndaşların real maaşlarının artacağını vurğulayıb. Bu dəyişiklik həmçinin dövlət və neft sektorunda çalışan daha yüksək maaş alan şəxslərin əmək haqlarının artmasına da səbəb olacaq.

Chosen
14
qht.az

1Sources