EN

Ermənistanda hərbi xidmətə qış çağırışı başlayır

Ermənistanda 25 noyabr 2024-cü ildən 31 yanvar 2025-ci il daxil olmaqla qış çağırışı elan ediləcək.

Modern.az xəbər verir ki, bu barədə qərar hökumətin noyabrın 21-də keçirilən iclasında qəbul edilib.

2024-cü il dekabrın 31-dək 18 yaşı tamam olan kişi cinsli vətəndaşlar, habelə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət müddəti 2024-cü il dekabrın 1-dək başa çatan vətəndaşlar orduya çağırılacaq.

Qış çağırışı çərçivəsində 2025-ci il yanvarın 9-dan 31-dək, o cümlədən müddətli həqiqi hərbi xidmət və ya alternativ xidməti keçmiş hərbi qulluqçular müəyyən olunmuş qaydada tərxis olunacaqlar.

 

Chosen
13
1
modern.az

2Sources