
Dünyanın ən hündür və ən qısaboylu qadınları bir araya gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Independent” nəşri məlumat yayıb.
27 yaşlı türk veb tərtibatçısı Rümeysa Gelgi (215,16 sm ) və 30 yaşlı hind aktrisası Jyoti Amge (62,8 sm) Londondakı “The Savoy” hotelində görüşüb, birlikdə günorta çayı içiblər.
Rümeysa görüş haqqında təəssüratlarını belə ifadə edib:
“Boy fərqimizə görə bəzən göz təması qurmaq bizim üçün çətin idi, amma əla idi”.

