EN

“Baydenin o qərarı verməsinə Tramp da razı olub” – Rusiya rəsmisi

“Trampın Baydenin son qərarından xəbəri ola bilər”.

NOCOMMENT.az bildirir ki, bunu Rusiya Federasiya Şurasının İnformasiya siyasəti komissiyasının sədri Aleksey Puşkov deyib. O, bu barədə teleqram kanalında yazıb.

“Görünür, Baydenin Rusiya ərazisinə ATACMS uzaqmənzilli raketlərlə zərbələr endirməsinə icazə verməsi Trampla razılaşdırılıb. Əks halda, Trampın və komandasının Bayden administrasiyasının raketlərlə bağlı qərarı barədə şübhəli susqunluğunu izah etmək mümkün deyil” — Aleksey Puşkov bildirib.

O xatırladıb ki, Tramp əvvəllər potensial üçüncü dünya müharibəsindən ehtiyat edərək belə bir qərara fəal şəkildə qarşı çıxıb.

“Donald Tramp Moskvaya təzyiq göstərmək və onu Kiyevlə danışıqlara hazırlaşmağa məcbur etmək üçün Rusiyaya zərbələr endirilməsinə razı ola bilər. Eyni zamanda, ABŞ danışıqlar prosesi başlamazdan əvvəl öz mövqelərini gücləndirmək istəyir”, – Puşkov əlavə edib.

Xatırladaq ki, Co Bayden Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün Amerika raketlərindən istifadə etməyə icazə verib. Həmçinin hazırkı prezidentin administrasiyasının Britaniyanın “Storm Shadow” raketlərinin Rusiya Federasiyasına qarşı istifadəsinə icazə verdiyi də bildirilib.

 

Chosen
6
2
nocomment.az

3Sources