EN

NASA yüzlərlə əməkdaşını işdən çıxarır

NASA büdcənin azaldılması səbəbindən daha yüzlərlə əməkdaşını ixtisar etmək qərarına gəlib.

Turkustan.az xəbər verir ki, Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi ( NASA ) növbəti dəfə kütləvi ixtisarlara başlayıb. Bu yaxınlarda bir çox əməkdaşını işdən çıxaran NASA Kaliforniyadakı məşhur "Jet Propulsion Laboratory" (JPL) bölməsindəki işçi qüvvəsini azaltmaq qərarına gəlib.

ölmə 325 əməkdaşı ilə yollarını ayıracağını açıqlayıb. Bildirək ki, JPL fevral ayında büdcənin kəsilməsi səbəbindən 530 işçisini işdən çıxarmışdı.

"Mən ümid edirdim ki, bu mesajı yazmalı olmayacam, lakin azalan büdcələrə və gələcək iş yükü proqnozlarına əsaslanaraq, biz bütün sahələrdə qənaət tətbiq etməli olduq və bunun təsirini ixtisarlarda görəcəksiniz."- deyə JPL direktoru Laurie Leshin işçilərə yazdığı xatirədə bildirib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
9
3
turkustan.az

4Sources