EN

Sosial islahat paketi 3 milyon insanı əhatə edəcək – RƏSMİ

Ölkə başçımız tərəfindən növbəti ildə böyük sosial islahat paketinin həyata keçiriləcəyi elan olunub.

 

7Times.az  xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında deyib.

 

O qeyd edib ki, minimum əməkhaqqı və minimum pensiya, eyni zamanda sosial ödənişlərdə artımların edilməsi, ümumilikdə pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək.

 

“Bu sosial islahat paketi 3 milyona qədər insanı əhatə edəcək”,- nazir bildirib.

 

Sahil Babayev vurğulayıb ki, ölkəmizdə yaşayan bütün insanların rifahı siyasətin ana xəttini təşkil edir.

 

“Bu baxımdan 2025-ci il büdcəsi məhz sosial çağırışlara cavab vermək üçün hazırlanıb. Dövlət büdcəsində gələn il sosial xərclərə 16,9 milyard manat vəsait ayrılıb. Sosial müdafiə və sosial təminat xərcləri cari illə müqayisədə 10 % artıq olacaq. Xərclərin 96%-i əhaliyə ödənişlərin payına düşür. 7,2 milyard manat əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldiləcək. Əmək pensiyalarının orta məbləği 531 manat çatması proqnozlaşdırılır. 2019-cu ildə əmək pensiyalarının orta məbləği cəmi 264 manat idi. Yaşa görə əmək pensiyalarında rəqəm daha yüksəkdir, burada rəqəm 569 manat olacaq. 2019-cu ildə bu 292 manat idi. Bütün artımlar əhəmiyyətli artımlardır”.

Chosen
1
31
7times.az

10Sources