EN

Pensiya artımında tətbiq olunan yanaşma düzgün deyil - Deputat

“Mövcud qaydalara əsasən, Azərbaycanda əmək pensiyalarının indeksləşdirilməsinə vahid, yəni fiks yanaşma tətbiq olunur. 2025-ci ilin əvvəlində bütün növ əmək pensiyalarının 8 faizə indeksləşdirilib artırılması nəzərdə tutulur. Pensiyaların əvvəlki ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə indeksləşdirilərək artırılması müsbət haldır. Bununıa belə, fiks indeksləşdirmə nəticəsində, 300 manat pensiya alan vətəndaşımızın pensiyasında 24 manat, 3 min manat pensiya alanın pensiyasında 240 manat artım qeydə alınır.  İndeksasiya birbaşa pensiya məbləğinə kəmiyyət olaraq tətbiq olunduğu üçün bu az pensiya məbləği olanlarda az, çox pensiyas alanlarda çox artım deməkdir”. 

Ölkə.Az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclis komitələrində 2025-ci il  büdcə zərfinin müzakirəsi zamanı deyib.

Deputat yaranmış vəziyyətlə bağlı öz təklifini verib:

“Mövcud fond çərçivəsində diferensial indeksasiya sisteminin tətbiqinə ehtiyac var. Bu zaman az pensiya məbləği üçün daha çox indeksasiya faizi kimi göstərici ilə yanaşı keyfiyyət meyarlarından və digər vəriblardan istifadəyə ehtiyac var. Nəticədə pensiya məbləği nisbətən aşağı olan vətəndaşlarımızın pensiyalarında daha çox artımlara nail olmaq olar. Bu həm median pensiya məbləğinin artmasına, həm də indeksləşdirmə üçün nəzərdə tutulan ümumi vəsaitin daha proporsional bölüşdürülməsinə imkan verə bilər.

İkinci məqam, pensiya kapital üçün tələblər ilə bağlıdır. Minimum pensiya məbləği artdıqca əmək pensiyası almaq üçün kapital tələbi də, təbii ki, artır. Hazırda pensiya kapitalı tələbi 40 min 320 manatdır. Yəni, vətəndaş yaşa görə əmək pensiyası almaq üçün ya bu məbləğdə kapitala və ya 25 illik staja malik olmaldır. Minimum pensiya məbləğinin artması müsbət haldır və cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas hədəflərindədir. Bu baxımdan, minimum pensiya məbləği ilə pensiya kapitalı arasında yalnız kəmiyyət deyil, həmçinin keyfiyyət əlaqəsinin də yaradılmasına ehtiyac var. Məsələn, tək analar və ya ailədə uşaqların sayı və digər faktorlar nəzərə alına bilər və kapital tələbini azalda bilər. Bu daha çox yaşa görə müavinət alan bəzi vətəndaşımızın əmək pensiyası almasına imkan yarada bilər. Daha çox vətəndaşlarımız yaşa görə əmək pensiyası ala bilərlər”.

Mürtəza
Ölkə.Az

Chosen
19
6
olke.az

10Sources