EN

İran rejimi benzinin qiymət artımını müzakirə edir

İran prezidenti Məsum Pezeşkianın icra müavini Məhəmməd Cavad Qaimpənah benzinin qiymətinin hazırda ölkədə “içməli sudan da ucuz” olduğunu deyərək, bu vəziyyətin davam edə bilməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, dövlət benzinin subsidiyası üçün böyük məbləğdə vəsait xərcləyir.

Qaimpənah dövlət televiziyasına verdiyi açıqlamada bildirib ki, İran hər il təxminən dörd milyard dollar dəyərində benzin idxal edir. O əlavə edib ki, bu yanacaq yüksək qiymətlə alınıb, lakin ölkə daxilində çox aşağı qiymətə satılır.

Bununla belə, Qaimpənah yaxın zamanda benzinin qiymət artımı ilə bağlı heç bir qərarın verilməyəcəyini bəyan edib. “Hal-hazırda bu məsələdə qərar vermək niyyətində deyilik və benzinin qiymətinin artırılacağını elan etmirik,” – deyə o əlavə edib.

Müavin sualların birində prezident Pezeşkian hökumətinin gələcəkdə benzinin qiymətini artırmaq üçün konkret planının olub-olmaması barədə cavab verməkdən imtina edib.

Bu açıqlamalar İran rejiminin iqtisadi siyasətlərində ciddi dəyişikliklər etməyə hazırlaşdığını göstərir. Xalq arasında isə bu cür qərarların ölkədə mövcud iqtisadi böhranı daha da dərinləşdirəcəyinə dair narahatlıqlar artır. Benzin qiymətlərində artım baş verərsə, inflyasiya və gündəlik həyat xərclərinin daha da yüksəlməsi qaçılmaz olacaq.

visiontv.az



Chosen
11
visiontv.az

1Sources