EN

On ayda 40 mindən çox şəxsə əlilik təyin edilib - Nazir

2024-cü ilin on ayında 40 mindən artıq şəxsə əlilik təyin edilib. Bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev deyib. 
 
"TƏkcə cari ildə 40 mindən şəxsə əlilik təyin edilib. Onun 50%-i yeni təyin edilib, digər 50%-i isə təkrar əlilik təyinatıdır. Haqqı çatan hər kəs bu təyinatı ala bilir. Saxta yollarla əlilikdən bir gəlir yolu kimi isitfadə olunmasına icazə verilməməlidir"- nazir Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
 
Nazir vurğulayıb ki, əliliklə bağlı problem olanda fərdi hallarla bağlı vətəndaşlar nazirliyə müraciət edə bilər. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Chosen
15
anews.az

1Sources