Rusiya Ukraynaya zərbələr üçün 1500 raket hazırlayıb və istehsalı da genişləndirib.
Axar.az xəbər verir ki, bu barədə “RBK Ukrayna” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, hazırda Rusiyanın 350 ədəd “İsgəndər-M” ballistik, 210 ədəd “İsgəndər-K” qanadlı, 200 ədəd X-101, 390 ədəd “Kalibr”, 70 ədəd “Xəncər”, 230 ədəd X-22, 45 ədəd Şimali Koreya istehsalı olan KN-23 raketləri var.