EN

Merkel Putini beynəlxalq arenadakı hərəkətlərinə görə tərifləyib

"Putin Rusiya Federasiyasını mühüm beynəlxalq oyunçuya çevirmək üçün hər şey edib".

Qaziler.az xəbər verir ki, bu fikirləri “Die Zeit” qəzeti Almaniyanın keçmiş kansleri Angela Merkelin xatirələrindən bir hissəni çap edərək götürüb.

Merkelin sözlərinə görə, Rusiya ABŞ, Fransa, Böyük Britaniya və Çinlə birlikdə BMT Təhlükəsizlik Şurasının veto hüququna malik beş daimi üzvündən biri olduğuna görə geosiyasi cəhətdən əvəzolunmaz olub və qalır.

“Putin 2000-ci ildə ölkəsinin prezidenti olduqdan sonra Rusiyanı yenidən beynəlxalq arenada heç kimin keçə bilməyəcəyi bir oyunçuya çevrilməsi üçün hər şey etdi”, - Merkel memuarında vurğulayıb.

Merkel daha əvvəl etiraf etmişdi ki, Rusiya prezidenti Vladimir Putində onu ən çox heyrətləndirən şey Putinin haqlı olmasında inamlı addımlamasıdır.

QAZİLER.AZ

Chosen
17
qaziler.az

1Sources