EN

ÜST öldürücü virusa qarşı ilk peyvəndi təsdiq etdi


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yaponiyada hazırlanmış LC16m8 peyvəndinə təcili istifadə üçün icazə verib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, dünyada 40 mindən çox insanda qeydə alınan və bir çox insanın ölümünə səbəb olan meymunçiçəyi virusuna qarşı mübarizədə təsdiqlənmiş ilk peyvənddir.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus qərarın əhəmiyyətini vurğulayaraq deyib:



"Bu, meymunçiçəyi virusunun yayılmağa davam etdiyi bir vaxtda, xüsusən də uşaqlar da daxil olmaqla, həssas qrupları qorumaq üçün həyati bir addımdır".

KM Biologics şirkətinin hazırladığı peyvəndin yaxın zamanda daha geniş miqyasda tətbiq ediləcəyi gözlənilir.

Lalə, BakuPost
Chosen
5
bakupost.az

1Sources