EN

Kosovolular İdman Arbitraj Məhkəməsinə üz tutdular

Kosovo Futbol Federasiyası UEFA-nın Millətlər Liqası matçında yığmaya texniki məğlubiyyət verməsi ilə bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Biz qərarla razı deyilik. Futbolçularımız bu şəraitdə oynamaqdan imtina edərək böyük cəsarət və nümunəvi davranış göstərdilər”, – deyə paylaşımda vurğulanıb.

Rumıniya – Kosovo matçının uzatma dəqiqələrində yerli azarkeşlər Serbiyaya dəstək şüarları səsləndiriblər. Bundan sonra qonaq komandanın oyunçuları meydanı tərk etdiyi üçün qarşılaşma yarımçıq dayandırılıb.

UEFA buna görə Kosovoya 0:3 hesablı texniki məğlubiyyət verildiyini ötən gün açıqlayıb.

Chosen
4
2
futbolinfo.az

3Sources