EN

Ekspertdən ittiham: MİQ müsabiqəsi biznesə çevrilib


Ali və orta təhsil müəssisələrində tədris edilən mövzular müəllimlərin işə qəbulu imtahanına (MİQ) düşən mövzulardan fərqli olur. Bu səbəbdən də işə qəbul olmaq istəyən namizədlər müəllim yanına hazırlığa getməyə məcbur olurlar. MİQ müsabiqəsi artıq bir neçə ildir ki, biznes layihəyə çevrilib.
Pedaqoji sahədə kadr hazırlayan ali təhsil müəssələrinin bakalaviriat səviyyəsində 240 kreditlə müəyyən olunan kadr hazırlığı həyata keçirilir. Yəni ömrünü müəllimliyə həsr etmək istəyən Azərbaycan gənci 4 il həmin 240 kredit əsasında yaxşı, pis pedaqoji, psixoloji və bu sahə ilə əlaqəli digər bilik və bacarıqlara yiyələnir. Bakalavr səviyyəsi üzrə diplom alaraq əmək fəaliyyətinə başlamaq üçün MİQ müsabiqəsinə sənəd verir. Müsabiqədə isə onu satışı rekord qıran məlum bir kitabda hər il yenilənən qəliz suallar gözləyir. Bizdə ali təhsil müəssisələrində müəllim hazırlığı zamanı başqa, işə qəbul imtahanında isə tamam başqa mövzular salınır. Müəllimlərin işə qəbulu imtahanında məhz ali və orta ixtisas təhsil müəssisələrində öyrədilən bilik, bacarıqlara uyğun suallar tərtib edilməlidir. O zaman artıq tələbə də ali məktəbdə öyrəndikləri əsasında gedib imtahan verə biləcək. Əlavə müəllim yanına gedib hazırlıqlara pul tökməyə də ehtiyac qalmayacaq”.

Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.



O bildirib ki, MİQ müsabiqəsi 2011-ci ildən başlayaraq bu günə qədər kifayət qədər təkmilləşib. Amma müsabiqənin keçirildiyi bu müddət ərzində müsahibə mərhələsinin meyarları hələdə formalaşmayıb:

“Bu məlhələdə ciddi yanlışlıqlara yol verilir. Bu yanlışlıqlar aradan qaldırılmalıdır ki, nəticə olsun”.

Sevinc,
BakuPost
Chosen
24
bakupost.az

1Sources