EN

İslandiyada vulkan yeddinci dəfə püskürdü

\"Reykjanes\" yarımadasındakı vulkan dünən yenidən püskürüb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İslandiya Meteorologiya İdarəsinin verdiyi açıqlamada partlayışdan sonra vulkanın ətrafında intensivliyi avqust ayına nisbətən daha az olan 3 kilometr uzunluğunda çatın əmələ gəldiyi qeyd edilib.
 
Hadisənin hava yolları üçün təhlükə yaratmadığı paylaşılıb.

Səlahiyyətlilər Grindavik şəhəri də daxil olmaqla bəzi ərazilərdə qaz emissiyaları ilə bağlı xəbərdarlıq edib. Digər tərəfdən, ərazidəki təxminən 50 sakin təxliyə edilib.

Qeyd edək ki, sözügedən partlayış bir il ərzində bölgədə 7-ci vulkanik aktivlikdir.
 
Gülay
 

Chosen
10
2
azxeber.com

5Sources