EN

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib (FOTO)

Bakı. Trend:

Noyabrın 21-də IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə BeynəlxalqDialoq) İctimai Birliyi və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının(BTMİ) əməkdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)çərçivəsində “Mühafizənin 60 ili: BTMİ-nin Qırmızı Siyahısı”mövzusunda panel müzakirələr təşkil olunub.

Trend xəbər verir ki,tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondununvitse-prezidenti, IDEA İB-nin təsisçisi və rəhbəri Leyla Əliyevanəsli kəsilməkdə olan bioloji növlərin mühafizəsinin qlobalekosistemin və biomüxtəlifliyin qorunmasında vacib rol oynadığınıqeyd edib. Leyla Əliyeva vurğulayıb ki, canlı orqanizmlərin məhvolunmasının qarşısının alınması beynəlxalq həmrəylik və əməkdaşlıqmühitində birgə addımların atılmasını tələb edən qlobalçağırışdır.

Sonra tədbir iştirakçılarına Cənubi Qafqazın zəngin təbiəti vəburaya xas olan, lakin nəsli kəsilmiş bir sıra heyvan növləribarədə məlumat verilib.

IDEA İB tərəfindən 2011-ci ildən etibarən icra olunanfəaliyyətlərə toxunan Leyla Əliyeva bildirib ki, nadir canlılarınqorunması, ölkəmizə xas nadir heyvan və bitki növlərininmühafizəsi, eləcə də onların populyasiyasının bərpası təşkilatınəsas fəaliyyət istiqamətləri sırasında xüsusi yer tutur. IDEAİB-nin təsisçisi və rəhbəri BTMİ ilə əməkdaşlıq çərçivəsində2012-ci ildə geniş ictimaiyyətə təqdim olunmuş Qafqazın “BöyükBeşliyi” layihəsini qeyd edib. Bildirilib ki, Qafqaz bəbiri,ceyran, qonur ayı, boz canavar və imperator qartalınınpopulyasiyasının qorunması və artırılması məqsədilə bir sıraaddımlar atılıb.

Daha sonra Leyla Əliyeva qeyd edib ki, nəsli kəsilmiş zubrlarınpopulyasiyasının bərpası və onların ölkə təbiətinə reintroduksiyaolunması məqsədilə 2017-ci ildən etibarən 46 zubr Avropanınmüxtəlif ölkələrindən Şahdağ Milli Parkına gətirilib və 2028-ciilədək zubrların sayının 100-ə çatdırılması nəzərdə tutulub. Eynizamanda, ceyranların reintroduksiyası layihəsi və digər müvafiqtədbirlər nəticəsində ölkə ərazisində ceyran populyasiyasının 8minə çatdırıldığı, eləcə də yüz minlərlə nərə balığı körpələrininXəzər dənizi və Azərbaycanın digər su hövzələrinə buraxıldığıbildirilib.

BTMİ-nin Şərqi Avropa, Şimali və Mərkəzi Asiya üzrə regionaldirektoru Oliver Avramoskinin moderatorluğu ilə keçirilən tədbirçərçivəsində çıxış edən BTMİ-nin Baş direktoru Grethel Aguilar,“Conservation International” təşkilatının meşə strategiyası üzrəbaş direktoru Jason Funk və “Birdlife International” təşkilatınınbaş meneceri Cathy Yitong Li BTMİ Qırmızı Siyahısında adları qeydolunan canlıların mühafizəsi, eləcə də qlobal biomüxtəlifliyinbirgə səylər və nəticəyönümlü fəaliyyətlər vasitəsilə qorunmasınınəhəmiyyətinə dair fikirlərini müzakirə iştirakçıları iləbölüşüblər.

Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Chosen
13
25
az.trend.az

10Sources