EN

Türkiyə şirkətlərinin azad olunmuş rayonlarda fəaliyyəti barədə şayiələr yayırlar- 4 milyard ayrılıb...

Image

Fikrət Yusifov: “Türkiyə şirkətləri ilə bağlı deyilənlərin əsası yoxdur”

Məlum olduğu kimi, ərazilərimiz işğaldan azad ediləldən sonra orada genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bu məqsədlə dövlət büdcəsindən milyardlarla vəsait ayrılır. Belə ki, 2020-ci ildən başlayaraq, 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq məqsədləri üçün 17,5 mlrd. manata yaxın vəsait ayrılıb.

Bütün bunlarla yanaşı, bərpa prosesində Türkiyə şirkətlərinə xüsusi önəm verilir. Təkcə bu il Türkiyənin podratçı şirkətləri ilə 3 milyard manatlıq müqavilə imzalanıb. 2025-ci ildə işğaldan azad edilmiş torpaqlarda geniş bərpa-quruculuq işlərinə 4 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Bu arada müəyyən radikal, düşmən dairələr gələnilki büdcə ilə bağlı bəzi manipulyasiyalarla məşğuldular. Guya 2025-ci ilin büdcəsində Türkiyə şirkətlərinə pay verilməyəcək. Bu deyilənlərin hansısa əsası varmı?

“Qardaş ölkənin şirkətlərinin Qarabağın bərpasında aktiv iştirakı da bu münasibətlərin ifadəsidir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq maliyyə naziri, professor Fikrət Yusifov hesab edir ki, Türkiyə şirkətləri ilə bağlı deyilənlərin əsası yoxdur: “Bu fikirləri yaradanlar daha çox Rusiyanın Azərbaycanda olan beşinci kalonunun üzvləridi. Azərbaycanla Türkiyə arasında hər hansı bir məsələdə bir qədər fikir ayrılığı yaranan kimi, bu adamlar həmən yaranmış fürsətdən istifadə edərək, iki qardaş ölkə arasında fitnə-fəsad yaratmaq üçün hərəkətə keçirlər. Bu binəvalar başa düşmürlər ki, iki qardaş arasında hər hansı bir fikir ayrılığı qardaşlıq münasibətlərinin pozulması anlamına gələ bilməz. Türkiyə və Azərbaycan bir millət iki dövlət prinsipi ilə dünyada bir-birinə ən yaxın olan nümunə dövlətlərdi. Hesab edirəm ki, qardaş ölkənin şirkətlərinin Qarabağın bərpasında aktiv iştirakı da bu münasibətlərin ifadəsidir. Türkiyə ilə Azərbaycan birlikdə regionun böyük güc sahibi kimi çıxış edirlər. Bu isə Qərbin də, Şimalın da o qədər xoşuna gəlmir. Özlərini böyük güc hesab edənlər hər bir ölkəyə yuxarıdan baxmaq vərdişlərindən əl çəkə bilmirlər. Lakin dünya dəyişir və bu dəyişən dünyada yeni dövlətlər birliyi meydana gəlir. Azərbaycanla Türkiyənin təşəbbüsü və başçılığı ilə Turanın yaradılması yolunda atılan addımlar isə çoxlarının ürəyinə xof sala bilib. Lakin bu güclər anlamalıdırlar ki, indi dünyada elə proseslər baş verir, onların qarşısını köhnə, paslanmış baxışlara söykənənlərin dəyişdirməsi mümkün deyil”. 

Vidadi ORDAHALLI





Chosen
42
baki-xeber.com

1Sources