EN

COP29-da “Yaşıl Dünya Naminə İnklüzivlik” mövzusunda yan tədbir keçirilib - FOTO

2024-cü il noyabrın 20-də COP29-da Yaşıl Zonada Milli QHT Forumu pavilyonunda “Azərbaycanda Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı” “Yaşıl Dünya Naminə İnklüzivlik” layihəsi çərçivəsində yan tədbir keçirilib.

Adalet.az xəbər verir ki, tədbirdə iqlim dəyişmələrinin törətdiyi fəsadların fiziki məhdudiyyətli insanlara təsiri, riskli vəziyyətlərdə xilasetmə, mövcud problemlər və çıxış yollarına dair təkliflər müzakirə olunub.

COP29 Təşkilat Komitəsinin üzvü, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Pərvanə Vəliyeva fiziki məhdudiyyətli şəxslərin hüquqlarının təmin olunması istiqamətində qanunvericilik təşəbbüslərinin əhəmiyyəti barədə danışıb.

Müzakirələrdə auditoriyanın sualları cavablandılıb.

Qeyd edək ki, yan tədbir Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29: beynəlxalq təşəbbüslər” adlı qrant müsabiqəsində qalib olan “Azərbaycanda Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı”nın layihəsi çərçivəsində keçirilib.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
22
4
adalet.az

4Sources