EN

Türkiyə iqlim dəyişkənliyi təhlükəsi ilə üz-üzə: 310 günlük su ehtiyatı qaldı

İqlim dəyişikliyi qida təhlükəsizliyini və əlçatan su tədarükünü təhlükə altına altına aldığı bəşəriyyətə məlumdur
 

 Adalet.az xəbər verir ki, bu dəfə bu təhlükə ilə Türkiyə üzləşib .

 Beləki, Ankara Bələdiyyəsi sosial şəbəkədəki paylaşımında şəhərin su ehtiyatlarından yazıb. Paylaşımda, bildirilir ki, yağıntıların kəskin azalması və Anadolu su anbarlarında suyun buxarlanması ilə müşayiət olunan yüksək temperatur Türkiyə paytaxtının su təchizatında ciddi problemlər yarada bilər: "Yay aylarında yağan yağışlar buxarlanma səbəbindən bənd səviyyəsinin qalxmasına demək olar ki, heç bir təsir göstərməyib. Yağıntıların olmaması səbəbindən noyabrın 19-dan  şəhərdə təxminən 310 gün davam edəcək qədər su var. Məhdud su ehtiyatlarımızdan səmərəli istifadə etmək üçün gəlin suyumuzdan qənaətlə istifadə edək”, - deyə yazıda qeyd olunub.

Qeyd edək ki, Bakıda COP-29 çərçivəsində iştirak edən Türkiyənin Dövlət Su İşlərinin (DSİ) baş direktoru Mehmet Akif Balta bildirib ki, 

artıq Türkiyənin 65 əyalətində içməli su probleminin qarşısı alınıb: “Cari il isə içməli su problemi olan 13 əyalət və rayonun problemi həll ediləcək. Türkiyə su ehtiyatlarının azalması ilə əlaqədar müasir suvarma qurğuları tikir. Artıq tullantı sularının təkrar istifadəsi mühüm məsələdir. Biz bu suları kənd təsərrüfatı sahələrinə suvarma suyu kimi çatdırırıq. Əlavə edim ki, biz hidroelektrik stansiyaları vasitəsilə su elektrik enerjisi istehsal edirik. Bu günə kimi Türkiyədə 757 su elektrik stansiyası tikilib.

 Əntiqə Rəşid

Chosen
50
adalet.az

1Sources