EN

150-dən çox ölkə transsərhəd çaylardan asılıdır

Bu gün bütün dünyada müzakirə olunan qlobal məsələlərdən biri də su ilə bağlıdır. İqlim dəyişikliyinin təsiri ilə su ehtiyatları azalır. Bu isə kənd təsərrüfatı və içməli su təminatı üçün ciddi çağırışlar yaradır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov COP29 çərçivəsində “Transsərhəd çayların iqlim dəyişikliyinin təsirlərinə davamlılığı” mövzusunda keçirilən tədbirdə deyib.

Nazir müavini bildirib ki, dünyada təxminən 2 milyard insan təmiz suya çıxış imkanından məhrumdur: “Əhalinin artımı, şəhərləşmə, sudan qeyri-səmərəli istifadə və çirklənmə su qıtlığını daha da dərinləşdirir. Azərbaycan təbii su resursları məhdud olan bir ölkə kimi su ehtiyatlarının dayanıqlı istifadəsini prioritet sayır. Bu kontekstdə ölkəmiz su resurslarının qorunması və səmərəli istifadəsi istiqamətində mühüm addımlar atıb”.

O bildirib ki, dünyadakı su hövzələrinin təxminən 60%-i iki və ya daha çox ölkənin sərhədindən keçir və 150-dən çox ölkə bu resurslardan asılıdır: “Belə su ehtiyatları təkcə insanların gündəlik ehtiyaclarını deyil, həm də kənd təsərrüfatı, enerji və sənaye kimi sahələri dəstəkləyir. İqlim dəyişikliyi ilə əlaqəli su problemləri qlobal miqyasda dövlətlər və təşkilatlar arasında əməkdaşlığın zəruriliyini ön plana çıxarır”.

Chosen
5
3
ikisahil.az

4Sources