EN

Meşələrin kəsilməsinin və deqradasiyasının qarşısını almaq üçün birgə strategiya vacibdir - Umayra Tağıyeva

Bakı. Trend:

Meşələrin kəsilməsinin və deqradasiyasının qarşısını almaq vədayandırmaq üçün 2030-cu ilədək, fəsadların azaldılması vəadaptasiya tədbirlərini birləşdirən birgə strategiya lazımdır.

Trend xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbiisərvətlər nazirinin müavini Umayra Tağıyeva "Bakıdan Belemə:fəsadların birgə azaldılması və uyğunlaşma. Paris Sazişinin 6.8-cimaddəsi kontekstində Amazon regionunun meşələrinin kompleks vədayanıqlı idarəetmə mexanizmi" mövzusunda keçirilən tədbirdəbildirib..

"Amazon meşələri ən önəmli karbon udan və bioloji müxtəlifliyinunikal xəzinəsidir. Onların qorunması yalnız yerli icmalar üçündeyil, bütün dünya üçün həyati əhəmiyyət kəsb edir. Bu məqsədəçatmaq üçün biz yerli icmaların iştirakı və ədalət və dayanıqlılıqprinsiplərinə əsaslanan inklüziv yanaşmaları dəstəkləyirik.

Bu yanaşmalar meşələri, su ehtiyatlarını və bioloji müxtəlifliyiəhatə edir. Lakin qarşılaşdığımız ciddi çağırışlar var. Meşələrinkəsilməsi və iqlim dəyişikliyi qlobal iqlim sabitliyini təmin edənbu qiymətli resursa təhdid yaradır.

Bu, yağış rejiminin dəyişməsi və temperaturun yüksəlməsi kimiəhəmiyyətli regional və qlobal dəyişikliklərə səbəb olur. Buçağırışlara cavab olaraq və ilk qlobal təhlilin nəticələrinəəsaslanaraq, meşələrin kəsilməsi və deqradasiyasını 2030-cu iləqədər dayandırmaq məqsədilə fəsadların azaldılması və adaptasiyatədbirlərinə yönəlmiş birləşmiş strategiyaların vacibliyinivurğulayırıq. Bu təcili çağırışa birgə səylərlə cavab verməliyik",– deyə U.Tağıyeva qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
23
2
az.trend.az

3Sources