EN

Dövlət qurumu, Publik Hüquqi Şəxs işçi axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYA

Dövlət qurumu, Publik Hüquqi Şəxs

Hüquqşünas (Bərdə)

Son tarix 21 dek 2024 - [email protected]

İş yeri: Bərdə şəhəri

Vəzifə öhdəlikləri:

  • normativ hüquqi aktların layihələrinin müəyyən olunmuş müddətlər daxilində hüquqi ekspertizasını həyata keçirmək və aidiyyəti üzrə münasibət bildirmək;
  • məhkəmə proseslərində və dövlət qurumlarında idarəni təmsil etmək, hüquq və mənafelərini müdafiə etmək;
  • idarənin cəlb edildiyi məhkəmə prosesləri ilə əlaqədar prosessual sənədlər (iddia ərizələri, iddia ərizələrinə dair etirazlar, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətləri və s.) hazırlamaq;
  • idarənin fəaliyyəti ilə bağlı imzalanan müqavilələrin layihələrinin ekspertizasını həyata keçirmək və s.

Namizədə tələblər:

  • Hüquq sahəsində ali təhsil;
  • Mülki Məcəllə; Mülki Prosessual Məcəllə; İnzibati Prosessual Məcəllə; Əmək Məcəlləsi; Şəhərsalma və Tikinti Məcəlləsi; İnzibati Xətalar Məcəlləsi üzrə biliklər;
  • Hüquq sahəsi üzrə 2 ildən az olmayaraq iş təcrübəsi;
  • Azərbaycan dili səlis;
  • Ofis proqramları üzrə biliklər.

İş şəraiti:

  • İş yeri: Bərdə şəhəri;
  • İş vaxtı: həftənin 5 günü, saat 09:00-18:00;
  • İstirahət günləri: şənbə və bazar
  • Əmək haqqı 1200 manat (gross).

Tələblərə uyğun namizədlər mövzu yerində “Hüquqşünas-Bərdə” yazaraq CV formasını elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər. 

Chosen
29
fed.az

1Sources