EN

BMT-dən BCM-in Netanyahunu həbs etmək qərarına REAKSİYA

"Roma Statutuna əsasən Beynəlxalq Cinayət Məhkəməsini (BCM) tanıyan dövlətlər onun qərarlarına əməl etməlidirlər".

OXU24.COM  xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) Ofisinin rəsmi nümayəndəsi Ceremi Lourens BCM-in İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə dair order verməsini şərh edərkən deyib.

“Roma Statutunun iştirakçısı olan dövlətlər Məhkəmənin qərarlarına hörmət etmək və onları yerinə yetirmək öhdəliyi daşıyırlar”, - o əlavə edib..

Lourensin sözlərinə görə, BMT nümayəndələri Roma Nizamnaməsinə uyğun olaraq BCM-in yurisdiksiyasında olduğu bütün hadisələrdə onun müstəqilliyinə və səlahiyyətlərinə hörmət edirlər.

Cümə axşamı Beynəlxalq Cinayət Məhkəməsi Qəzza zolağında münaqişə ilə bağlı Netanyahu və ölkənin müdafiə naziri Yoav Qalantın həbsinə dair order verib.

Bundan əlavə, məhkəmə BCM-nin yurisdiksiyasına etiraz etməyə çalışan İsrailin arqumentlərini rədd edib.

Bundan sonra İsrail Prezidenti İsaak Hersoq BCM-nin həbs orderləri ilə bağlı qərarını ədalət üçün qaranlıq gün adlandırıb.

Chosen
33
50
oxu24.com

10Sources