EN

Putin ölkəsinə Qərb silahları ilə hücumu təsdiqlədi

Rusiya Prezidenti Vladimir Putin ölkəsinə qarşı Qərbin uzaqmənzilli silahlarından istifadə edildiyini açıqlayıb.

AZXEBER.COM \"Qafqazinfo”ya istinadən xəbər verir ki, ölkə başçısı bu barədə xalqa müraciətində bildirib.

Onun sözlərinə görə, Bryansk və Kursk vilayətlərindəki hərbi obyektləri noyabrın 19-da ATACMS (ABŞ istehsalı), noyabrın 21-də isə \"Storm Shadow” raketləri ilə (Böyük Britaniya istehsalı) hücuma məruz qalıb.

Putin qeyd edib ki, Qərb raketlərinin Rusiya Federasiyasına hücumundan sonra Ukraynada münaqişə qlobal xarakter alıb.
O, Rusiya Silahlı Qüvvələrinin ABŞ və Britaniya silahlarının Rusiyaya hücumlarına cavab olaraq Ukraynanın müdafiə sənayesi obyektlərinə zərbələr endirdiyini söyləyib.

Putin vurğulayıb ki, Ukraynanın \"Yujmaş” zavodu nüvəsiz hipersəs ballistik raketləri ilə vurulub.
Chosen
47
9
azxeber.com

10Sources