EN

"Nə Moskva, nə də Kiyev barışıq istəyir" - Vuçiç

"Nə Moskva, nə də Kiyev münaqişədə barışıq istəyir".

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç deyib.

“Mən atəşkəs və sülh istəyirəm, baxmayaraq ki, Moskvadan olan insanlardan da eşitmişəm və Ukrayna prezidenti Volodimir Zelenski də üzümə bunun “pis fikir” olduğunu söyləyib. Dünyadakı insanlar bunu başa düşmürlərsə, mən kömək edə bilmərəm”, - deyə Vuçiç qeyd edib. 

Onun fikrincə, dünya fəlakətə yaxınlaşır, çünki heç kim bir-birini dinləmək və barışıqdan danışmaq istəmir.

Chosen
12
50
unikal.az

10Sources