EN

PUTİN QLOBAL MÜHARİBƏNİN BAŞLADIĞINI BƏYAN ETDİ - "Qətiyyətlə cavab verəcəyik!" + VİDEO

Qərb raketlərinin Rusiya Federasiyasına hücumundan sonra Ukraynada münaqişə qlobal xarakter alıb.

Bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində bildirib.

Putin bildirib ki, Rusiya ərazisinin uzaqmənzilli raketlərlə vurulması regional münaqişəni qlobal müharibəyə çevirib:  “Ukraynadakı münaqişə Rusiya Federasiyasına uzaqmənzilli Qərb raketlərinin hücumlarından sonra qlobal xarakterli elementlər alıb”.

Onun sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiə sistemləri Qərbin uzaqmənzilli raketlərinin hücumlarını dəf edib və onlar qarşıya qoyduğu məqsədlərə nail ola bilməyib.

Putin qeyd edib ki, ABŞ və NATO Rusiya ərazisinə uzaqmənzilli raketlərdən istifadə etmək qərarı ilə eskalasiya kursunu davam etdirirlər.

“Eskalasiya kursunu davam etdirən ABŞ və onun NATO müttəfiqləri daha əvvəl Rusiya ərazisində uzaqmənzilli dəqiqlikli silahların istifadəsinə icazə verdiklərini açıqlayıblar. Mütəxəssislər yaxşı bilirlər belə silahları istehsal edən ölkələrin hərbi mütəxəssislərinin birbaşa iştirakı olmadan istifadə etmək mümkün deyil”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, ABŞ 2019-cu ildə Orta Mənzilli Nüvə Qüvvələri haqqında Sazişi birtərəfli qaydada xitam verməklə səhvə yol verib.

Putin əlavə edib ki, Rusiya münaqişənin gərginləşməsinə qəti cavab verəcək, ona qarşı hərbi kontingentini yaradan ölkələrin hakim elitaları bu barədə düşünməlidirlər: “Təcavüzkar hərəkətlərin eskalasiyası halında biz də qətiyyətlə və qarşılıqlı şəkildə cavab verəcəyik. Mən tövsiyə edirəm ki, öz hərbi kontingentindən Rusiyaya qarşı istifadə etmək planlarını həyata keçirən ölkələrin hakim elitaları bu barədə ciddi düşünsünlər”.

Putin bu gün Ukrayna ərazisinə qitələrarası ballistik raket zərbəsi endirildiyini deyib. Bildirib ki, Dnepropetrovskda yerləşən “Yujmaş” zavoduna hücum qeyri-nüvə hipersəsli ballistik raketlə həyata keçirilib.

Putinin sözlərinə görə, istifadə edilən raket “Oreşnik” adlandırılıb.

Putin vurğulayıb ki, Rusiya özünü silahları onun ərazisinə vuran ölkələrin hədəflərinə zərbə endirmək hüququna malik hesab edir.

 

 

Azpolitika.info

Chosen
26
1
hurriyyet.az

2Sources