EN

Rusiya Ali Radaya zərbə endirəcək

Yaxın günlərdə Rusiya Ukrayna Ali Radasına zərbə endirə bilər.

Viral.az xəbər verir ki, bu barədə ukraynalı deputat Taras Batenko deyib.

Onun sözlərinə görə, elə dünən siyasətçilər ballistik zərbə təhlükəsini bilirdilər, lakin söhbət qitələrarası silahlardan getmirdi:

Son Yazılar:

“Dünən biz hüquq-mühafizə orqanlarından yaxın gələcəkdə müəyyən eksperimental ballistik silahlardan istifadə ediləcəyi barədə məlumat aldıq”.

Batenko əlavə edib ki, bu gün yeni təhlükə ilə bağlı məlumat daxil olub:

“Yaxın günlərdə Ukrayna parlamentinə raket zərbəsi endirilməsi təhlükəsi ilə bağlı məlumat var”.

Chosen
38
3
viral.az

10Sources