EN

Yaponiyada işdəki stressə görə 15 nəfər intihar edib

2023-cü ildə Yaponiyada iş yerində ağır stress keçirərək psixi pozğunluqlar yaşayan insanların sayı rekord həddə çatıb.

“Far.Az” xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumat yayıb.

2023-cü ildə iş yerində artan stress səbəbilə psixi pozğunluqlar, o cümlədən depressiya səbəbi kimi ilə rəsmi diaqnoz qoyulanların sayı 883-ə çatıb. Bu, müvafiq statistik məlumatlar toplanandan bəri ən yüksək göstəricidir.

Üstəlik, onların arasında rəhbər vəzifələrdə çalışan 52 nəfər var. Bir il ərzində bu rəqəm 15 nəfər artaraq tarixdə ən yüksək göstərici olub. İş yerindəki stress 15 nəfəri intihara sürükləyib - bir il əvvəlkindən 4 nəfər çox.

Mütəxəssislər qeyd ediblər ki, son illərdə Yaponiyada orta səviyyəli menecerlər öz rəhbərləri tərəfindən artan təzyiqlərə məruz qalıblar, çünki onlardan bir tərəfdən məhsuldarlığı qorumaq və ya hətta artırmaqla yanaşı, öz iş mədəniyyətlərində islahatlar aparmaq və tabeliyində olanların iş saatlarını azaltmaq tələb olunur.

Chosen
37
1
far.az

2Sources