EN

"BMC-nin qərarı İsrail üçün heç bir əhəmiyyət kəsb etmir"

"BMC-nin

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Netanyahu və Qalant barəsində verdiyi qərar regionda gedən proseslərin mahiyyətinin dərinliyinə kimi anlaşılmasında problem olduğunu göstərir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

O, qeyd edib ki, BCM verdiyi qərarın ilk növbədə qərəzli olduğu bəlli olur:

"Məsələ ondadır ki, əvvəla BCM-nin baş prokuroru Kərim Xanın seksual

təqib hərəkətləri fonunda bu təşkilatın imicinin korlanmasını ört-basdır etmək, sonra isə Trampın gəlişi ilə onun vəd etdiyi BMC-yə sanksiyalar tətbiq edəcəyi gözləntilər fonunda tez-tələsik qərar verilməsi dayanır.

İsrail Roma statutunu qəbul etməyən ölkədir və BMC-nin qərarı onun üçün heç bir əhəmiyyət kəsb etmir. Bu təşkilatın Sudanın keçmiş prezidenti Əl Bəşir və Rusiyanın prezidenti Putin haqqında verdiyi eyni qərarlar hələ də icra edilməmiş qalıb.

Təbii ki, İsrailin Fələstinə qarşı apardığı son bir ildən çox müddət ərzində 44 mindən çox fələstinlinin öldüyü deyilir. Amma həmin insanların taleyini ilk növbədə onları idarə edənlər fikirləşməli idi.

Eyni zamanda həmin fələstinlilər də arxasında dayandığı "HƏMAS"ın hərəkətlərinə cavabdeh idi. İndi 7 oktyabrda israillilərə qarşı edilən vəhşiliklərin bədəlini ödəmək də onların öncə fikirləşməli olduğu reallıq idi".

Cavid

Chosen
12
xalqcebhesi.az

1Sources