EN

Gəncədə ər və arvadı bıçaqlanıb, onlardan biri ölüb - YENİLƏNİB 

Gəncə şəhərində iki nəfər mübahisə zəminində bıçaqlanıb.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, bıçaq xəsarəti alan 1968-ci il təvəllüdlü Hüseynova Ulduz Elburus qızı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, onun həyat yoldaşı 1969-cu il təvəllüdlü E.Hüseynov da bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Şəxsi münasibətlər zəmnində hadisəni törətməkdə şübhəli bilinən bıçaqlananların qohumu, 1982-ci il təvəllüdlü Rəşad Abbasov isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

2024-11-21 23:12

Gəncə şəhərində iki nəfər mübahisə zəminində bıçaqlanıb.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, xəsarət alan 1969-cu il təvəllüdlü E.Hüseynov və həyat yoldaşı, 1968-ci il təvəllüdlü U.Hüseynova xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakini, 1982-ci il təvəllüdlü R.Abbasov polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində saxlanılıb və istintaqa təhvil verilib.

Qeyd edək ki, R.Abbasov zərərçəkən E.Hüseynovun bacısı oğludur.

Faktla bağlı araşdırma aparılır.

Chosen
10
3
far.az

10Sources