EN

Bu il 301 nəfər sərhəd pozucusu saxlanılıb

2024-cü il ərzində dövlət sərhədlərinin mühafizəsi zamanı 301 nəfər sərhəd pozucusu, 134 nəfər isə rejim pozucusu saxlanılıb.

"Unikal" xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov "Şəmkir" Sərhəd Dəstəsində keçirilən brifinq zamanı deyib.

O bildirib ki, bu il ümumi çəkisi 1 ton 148 kiloqram narkotik vasitə və 30 min 038 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb:

"Həmin narkotiklərin ümumi dəyəri 13 milyon 174 min 694 manat təşkil edib. Son zamanlar müxtəlif uçuş aparatlarından istifadə etməklə ölkə ərazisinə narkotik vasitələrin keçirilməsinə cəhdlər olub, tədbirlər nəticəsində uçuş aparatlarının saxlanılıb, narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb", - deyə Araz Məmmədov bildirib.

Chosen
24
17
unikal.az

10Sources