EN

“İdman Paytaxtı”nda festivalın 4-cü günü - FOTO

“İdman Paytaxtı” Qubada təşkil olunan lll İdman Festivalının növbəti günü də maraqlı anlarla yadda qalıb.

İdman.biz xəbər verir ki, səhər idmanında festival iştirakçılarına “İdman Səfirləri” tərəfindən futbol, gimnastika, cüdo, milli idman növləri, taekvondo üzrə təlimlər keçirilib.

13-15 yaşlı idmançılar günə skautinq, rəsm və ingilis dilindən danışıq dərsləri ilə davam ediblər. Gün ərzində AMADA tərəfindən iştirakçılar üçün "Steroidlərə yox de!" mövzusunda təlim təşkil olunub.

Günün sonunda Olimpiya mükafatçıları - Hidayət Heydərov, Qaşım Maqomedov, Alfonso Dominqes tonqal ətrafında festival iştirakçılarıyla görüşüb, onların suallarını cavablandırıblar.

Səmimi görüşün sonunda yeniyetmə idmançılar üçün Olimpiya çempionları tərəfindən avtoqraf sessiyası təşkil edilib. Festivalın 4-cü gününə uşaqların yallı rəqsiylə yekun vurulub.

İdman.biz

Chosen
18
7
idman.biz

8Sources