EN

Bitcoin tarixi rekordu qırdı və 99 000 dolları keçdi

Bitcoin tarixdə ilk dəfə 99,000 ABŞ dolları həddini keçərək rekord qırdı.

Bitcoin-in qiyməti rekord yenilədi - 100 min dollara çata bilər

FED.az xəbər verir ki, Bitcoin gün ərzində 99,046 dollara çataraq cari ilin əvvəlindən 130% artım göstərdi. Hazırda kriptovalyuta 98,273 dollardan ticarət olunur ki, bu da əvvəlki günlə müqayisədə 4%-dən çox artım deməkdir.

Walp Research analitiki Rob Ginsburg CNBC-yə müsahibəsində bildirdi ki, "Bitcoin adətən artıqlıq siqnallarına məhəl qoymur və investorların alqı dalğasına səbəb olur." Ekspertlər isə qeyd edirlər ki, Donald Trampın yenidən hakimiyyətə qayıtması Bitcoin üçün əsas dəstək amili ola bilər. Onun kriptovalyuta sənayesində dostluq yanaşması sərgiləyəcəyi və Bitcoin-in milli səviyyədə saxlanılmasını təşviq edəcəyi gözlənilir.

Qısamüddətli perspektivdə Bitcoin-in 100,000 dolları keçib-keçməyəcəyi əsas məqam olacaq. CNBC qeyd edir ki, CryptoQuant məlumatlarına əsasən, Asiya ticarət saatlarında maliyyələşmə faizləri və fyuçers bazarında açıq mövqelər artıb, lakin spot bazarda premium azalma müşahidə olunur.

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür. 

Chosen
14
fed.az

1Sources