EN

Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - Detallar açıqlandı

Vətəndaşlar artıq "mygov" tətbiqi vasitəsilə onlayn qaydada nikahlarını qeydiyyata ala bilərlər. Bəs proses necə aparılır?

Nikaha daxil olacaq vətəndaşlar əvvəlcə tibbi müayinədən keçməlidirlər. Müayinədən 14 gün sonra qan analizinin nəticələri avtomatik olaraq "mygov" platformasına yüklənir və istifadəçilər nikah qeydiyyatına müraciət etməyə başlamaq barədə bildiriş alırlar. Daha sonra "mygov" tətbiqində "Həyat hadisələri" bölməsində yer alan "Ailə qurmaq" seçimini və ya "Xidmətlər" bölməsindən "Nikahın qeydiyyata alınması" xidmətini seçirsiniz.

Bununla da sistem hər iki tərəfin tibbi arayışlarını yoxladıqdan sonra FİN və təsdiq kodları ilə qeydiyyat ekranı açılacaq. Tərəflərdən biri digərinə FİN və təsdiq kodunu göndərərək, nikah qeydiyyatı üçün müraciətini davam etdirir. Nikah sonrası götürüləcək soyadı və şəhadətnamə təhvilalma mərkəzini seçirsiniz, məlumatlarınızı təsdiqləyirsiniz.

30 gün sonra xidmətin statusunun dəyişməsi ilə bağlı vətəndaşa bildiriş gəlir. Status "Tamamlanıb" olaraq göründüyü zaman 10 AZN məbləğində dövlət rüsumunu ödəməlisiniz. Şəhadətnaməniz hazır olduqda seçdiyiniz təhvilalma mərkəzindən onu əldə edə bilərsiniz. Nikah haqqında şəhadətnaməni fiziki olaraq aldıqdan sonra vətəndaşlar rəqəmsal formada da "mygov" tətbiqində "Ailə məlumatlarım" hissəsində bu sənədi əldə edə biləcəklər.

Ətraflı süjetdə:

"Cebheinfo.az"

Chosen
42
17
cebheinfo.az

10Sources