EN

"Culfa" yarımstansiyasına ikinci güc transformatoru alınıb (FOTO)

Bakı. Trend:

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq DövlətEnergetika Xidməti tərəfindən elektrik yarımstansiyalarının yenidənqurulması istiqamətində işlər davam etdirilir.

TrendNaxçıvan Dövlət Energetika Xidmətinə istinadən xəbər verir ki, ötənəsrin 90-cı illərinin sonunda qurulan, qurğu və avadanlıqları uzunmüddətdir istismar olunan sistem əhəmiyyətli 132/110/10 kilovoltluq“Culfa” yarımstansiyasının qidalandırıcı yüksəkgərginlikli elektrikxətlərinin yaşayış sahələrindən çıxarılması məqsədilə yerinidəyişdirməklə yenidən tikilib-quraşdırılması işləri aparılır.

Yarımstansiya üçün növbəti dəfə 1 ədəd 110/35/10 kV-luq, 16 MVAgücündə yeni transformator dövlət satınalması ilə alınaraq muxtarrespublikaya gətirilib.

Qeyd edilib ki, yeni qurulan yarımstansiya Culfa şəhərində vərayonun Yaycı, Dizə kəndlərində istehlakçıları keyfiyyətli elektrikenerjisi ilə təmin edəcək.

Bu bölgələri qidalandıran mövcud 10 kV-luq elektrik xətti yeniyarımstansiyadan qidalandırılacaq 35 kV-luq gərginlik pilləsinəkeçiriləcək.

Həmçinin yeni yarımstansiyaya İran İslam Respublikası ilə 132kV-luq “Culfa-Culfa” hava elektrik verilişi xətti də qoşulacaq.

Məqalədə:
Chosen
20
2
az.trend.az

3Sources