EN

Ronaldo Braziliya Futbol Konfederasiyasının prezidenti olmaq istəyir

style='margin-bottom:10px;'>

Braziliya millisinin sabiq hücumçusu Ronaldo ölkə futbolunun hazırkı durumundan danışıb.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Ronaldo Braziliya futbolunun böyük dəyişikliklərə ehtiyacı olduğun deyib. 48 yaşlı keçmiş oyunçu Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti olmaq istədiyini vurğulayıb: 

“Mən Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti olmaq istəyirəm. Mənim istəyim dəyişmir. Biz uyğun anı gözləyirik. Mən son dərəcə hazıram. Braziliya futbolunun böyük dəyişikliklərə ehtiyacı var. İndi mən namizəd deyiləm, çünki seçki gözlənilmir. Bu, sadəcə mənim istəyimdir”.

Qeyd edək ki, Ronaldo İspaniyanın "Real Valyadolid" klubunun prezidentidir. O, 1994-2011-ci illərdə Braziliya millisində oynayıb.

Chosen
14
2
teleqraf.com

3Sources