EN

Meksikalı icraçı direktor: Məqsədlərə çatmaq istəyiriksə, maliyyə dəstəyini artırmalıyıq

İqlim böhranı ilə mübarizədə maliyyələşmənin vəziyyəti hələ də ciddi problem olaraq qalır. Ümid edirik ki, COP29-da bu istiqamətdə yeni maliyyə mənbələri təmin ediləcək.

Bu fikirləri COP29-un iştirakçısı, Meksikada fəaliyyət göstərən “Política y Legislación Ambiental A.C.” (POLEA) təşkilatının icraçı direktoru Andres Emilio Avila Akerberg bildirib.

Əgər Paris Sazişinin məqsədlərinə çatmaq istəyiriksə, maliyyə dəstəyini artırmalıyıq deyən icraçı direktor vurğulayıb: “Biz həssas ölkələrdən biriyik və iki böyük okeanımızla, geniş sahilyanı ərazilərimizlə təbii fəlakətlərə, ekstremal hava şəraitinə, su qıtlığına və temperatur artımına qarşı daha çox həssasıq. İnkişaf etməkdə olan ölkə olaraq biz fərqli vəziyyətlərdən əziyyət çəkirik. Bizim ölkədə başqalarından daha həssas olan insanlar var”.

O, həmçinin bildirib ki, 29 ildir qlobal iqlim böhranı ilə bağlı bir araya gəlinir, amma səmərəli nəticələr əldə edilmədiyi üçün vəziyyət daha da pisləşir. “Tarix bizdən yana deyil, çünki qlobal istiləşmənin qarşısını almaq hələ də mümkün olmayıb. Buna görə də daha çox ambisiyalı olmaq və bütün ölkələrin kollektiv şəkildə öz töhfələrini verməsi vacibdir”, - deyə o əlavə edib.

Chosen
20
xalqqazeti.az

1Sources