EN

DSX Şəmkir sərhəd dəstəsinə mediatur təşkil edib

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının "Şəmkir" sərhəd dəstəsinə mediatur təşkil olunub. SİA xəbər verir ki, mediatur zamanı DSX rəisinin müavini - Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov Komandanlığın həyata keçirdiyi əməliyyatlar barədə jurnalistlərə məlumat verib.

Daha sonra media nümayəndələri sərhəd dəstəsinə yaradılan şəraitə ilə tanış olublar.

Jurnalistlər sərhədçilərin fəaliyyəti, silah-sursat, hərbi texnika, dövlət sərhədinin mühafizəsində və müdafiəsində istifadə olunan cihazlar barədə məlumatlandırılıb.

Həmçinin xidməti heyvanların iş prosesi ilə tanış olublar.

Qeyd edək ki, mediatur Şəmkir sərhəd dəstəsindən sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Qazax" əlahiddə sərhəd diviziyasında və Qazaxın işğaldan azad olunan kəndlərində davam edəcək.

Chosen
4
7
sia.az

10Sources