EN

ABŞ səfirliyinin işçisi Rusiyaya casusluq edirmiş

ABŞ-ın Norveçdəki səfirliyinin 20 yaşlı mühafizəçisi Rusiya və İran üçün casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.

Olaylar xəbər verir ki, məlumatı NRK telekanalı yayıb.

Qeyd olunub ki, həmin şəxsə ABŞ-ın təhlükəsizliyinə təhdid yarada biləcək məxfi məlumatların ötürülməsi ilə bağlı ittiham irəli sürülüb.

Norveç polisi axtarış tədbirləri nəticəsində böyük həcmdə rəqəmsal məlumatları müsadirə edib, lakin hələlik hansı məlumatların ötürüldüyünü açıqlamayıb.

ABŞ-ın Norveçdəki səfirliyi isə hələlik vəziyyətlə bağlı şərh verməyib. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
2
3
olaylar.az

4Sources