EN

ABŞ Çin və Rusiyaya görə nüvə strategiyasını dəyişə bilər - Pentaqon

ABŞ Çin və Rusiyanın "artan nüvə imkanları” fonunda nüvə silahından istifadənin qarşısının alınması strategiyasını dəyişməyi planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Pentaqonun rəhbərinin nüvə siyasəti üzrə köməkçisinin müavini Riçard Conson deyib ki, Amerikanın hazırkı nüvə enerjisinin modernləşdirilməsi proqramı kifayət etməyə bilər.

"Biz hazırkı Amerika qüvvələrinə və doktrinasına arxayınıq. Amma əgər nüvə qüvvələrinə düzəlişlər etmək lazımdırsa, biz bunu tez bir zamanda həyata keçirməyə hazır olmalıyıq", deyə o bildirib.

Conson qeyd edib ki, 2022-ci il nüvə mövqeyinə düzəlişlər Çin və Rusiyanın güclənən nüvə imkanları fonunda nüvə çəkindirmə qabiliyyətini saxlamaq üçün lazım ola bilər.

O bildirib ki, Müdafiə Nazirliyi Milli Nüvə Təhlükəsizliyi Administrasiyası ilə əməkdaşlıq edərək artıq nüvə silahından istifadənin qarşısının alınmasını  gücləndirmək üçün addımlar atıb.

"2030-cu illərə hazır olmaq üçün biz nüvə qüvvələrimizi, nüvə komandanlığı və idarəetmə sistemlərimizi və əlaqəli infrastrukturu modernləşdirməliyik", deyə Strateji Sabitlik üzrə Birgə Qərargah Direktorunun müavini Qrant Şnayder əlavə edib.

Nizami Bağırov
Chosen
6
1
qaynarinfo.az

2Sources