EN

Zelenski Putinə cavab verdi

Volodimir Zelenski Dneprə ballistik raket zərbəsi endirilməsinə və Rusiya prezidentinin bununla bağlı müraciətinə münasibət bildirib.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. “Bu müharibənin miqyasının və qəddarlığının açıq və ciddi artması, Rusiya tərəfindən BMT Nizamnaməsinin rüsvayçı şəkildə pozulmasıdır. Və Rusiyanın bu il eskalasiyaya doğru atdığı ikinci addımdır. İlk belə addım Şimali Koreyanı Ukraynaya qarşı müharibəyə cəlb etmək oldu. Kontingent [ölçüsü] ən azı 11 min əsgərdir. Putin bu addımların hər ikisini atdı, dünyada müharibəni genişləndirməməyə çağıran hər kəsə məhəl qoymadı. O, Çin, Braziliya, Avropa ölkələrindən, ABŞ-dən və başqalarından gələn zənglərə məhəl qoymur”, - Ukrayna prezidenti "X" media platformasında yazıb. Zelenski Putinin Oreşnikdən istifadənin Ukraynanın müttəfiqləri tərəfindən çatdırılan yüksək dəqiqlikli silahlarla Rusiya ərazisinə edilən hücumlara cavab olaraq baş verdiyinə dair açıqlamalarını inkar edib. Onun sözlərinə görə, oxşar sistemlərdən əvvəllər də istifadə olunub:

“Bugünkü ballistik raket Rusiyanın mütləq sülh istəmədiyinin bir daha sübutudur. Putin isə Ukraynanın guya uzaqmənzilli silahlardan istifadə etməsinin bizim bir növ yeni addımımız olduğunu söyləyərkən yalan danışır. Bu silahdan ilk dəfə istifadə etmirik. Bizim beynəlxalq hüquqa uyğun olaraq bunu etməyə tam haqqımız var”, - deyə Ukrayna lideri qeyd edib.

Chosen
28
manset.az

1Sources