EN

Bərdədə keçmiş məcburi köçkünlərin iştirakı ilə fləşmob keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi keçmiş məcburi köçkünlərin iştirakı ilə fləşmob keçirib. Bərdə şəhərində çəkilişi aparılan fləşmobda doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkünlər Böyük Qayıdışla bağlı sloqanlar səsləndiriblər. Fləşmobla bağlı hazırlanmış videoçarx Dövlət Komitəsinin rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında paylaşılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapışırıqlarına uyğun olaraq, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı intensiv qaydada icra edilir. Fləşmob haqqında videoçarxı təqdim edirik.

Chosen
13
9
xalqqazeti.az

10Sources