EN

Fermerlər limanı bağladılar

Fransada Avropa İttifaqı (Aİ) ilə Cənub Ortaq Bazar (MERCOSUR) arasında imzalanması planlaşdırılan azad ticarət sazişinə etirazlar davam edir. 

"Cebheinfo.az" xəbər verir ki, etirazın 4-cü günündə bir qrup fermer traktorları ilə ölkənin cənub-qərbindəki Bordo limanına çıxışı təmin edən yolu bağlayıb.

Fransanın qabaqcıl fermerlər birliklərindən biri olan Koordinasiya Rurale (CR) rəsmiləri, fermerlərin traktorları ilə limana girişi bağladıqları etirazın müxtəlif nöqtələrdə davam edəcəyini bildirib.

CR rəsmilərindən Karine Duc bu liman vasitəsilə “Avropa standartlarına uyğun olmayan taxılların ölkəyə buraxılmasına icazə verildiyini” və buna reaksiya vermək istədiklərini deyib..

Chosen
26
cebheinfo.az

1Sources