EN

Cavanşir Quliyevdən Heydər Əliyev Fondunda TƏŞƏKKÜR

Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev müalicə xərclərini öz üzərinə götürən Heydər Əliyev Fonduna təşəkkür edib.

 

O, Modern.az-a müsahibəsində Fondun onu Türkiyənin ən bahalı xəstəxanasına yerləşdirdiyini bildirib:

 

"Universitetlərdə qış sesiyası olan müddət Kiprdəki evimdə əşyalarımın bir qismini yığıb artıq ölkəyə qayıdırdım. Qızım İstanbulda yaşayır, nəvəmi görmək üçün onlara da getdim. Vəziyyətimin pisləşdiyi gün Bakıya bilet almışdım. Heç bir problemim yox idi, birdən-birə pisləşdim, özümə gələndə artıq xəstəxana otağında idim. Qızım gəlib dedi ki, müalicəni Heydər Əliyev Fondu üzərinə götürüb. Sağ olsunlar, təşəkkür edirəm bir daha. Mənim xəbərim belə olmadan Türkiyənin ən bahalı xəstəxanası Acıbadem xəstəxanasına apardılar məni. Maddi baxımdan mənim üçün kifayət qədər ağır yük olardı. Başqa insani yardımlar da etdilər. Yanımda davamlı olaraq bir adam da qaldı".

 

Qeyd edək ki, bu gün tanınmış bəstəkar Cavanşir Quliyevin doğum günüdür. O, 1950-ci il noyabrın 22-də Şəki şəhərində anadan olub. 

 

Müsahibənin tam versiyasına bu linkə keçid edərək baxa bilərsiniz. 

Chosen
24
2
modern.az

3Sources