EN

Azərbaycanda dəmiryolçular üçün tədris mərkəzi tikiləcək

Azərbaycanda dəmiryolçular üçün tədris mərkəzi tikiləcək. Belə ki, Azərbaycanın dəmir yolu şəbəkəsinin milli operatoru “Azərbaycan Dəmir Yolları” QSC ilə İsveçrənin lokomotiv, vaqon və qatar istehsalçısı “Stadler Rail Group” arasında Bakıda Təlim və İnkişaf Mərkəzinin yaradılması haqqında saziş imzalanıb.

Məlumatda qeyd edildiyi kimi, Mərkəz 2027-ci ildə fəaliyyətə başlayacaq. Onun fəaliyyəti mütəxəssislərin sayını artıracaq və ölkənin dəmir yolu sektorunda kadr çatışmazlığı riskini azaldacaq.

Mərkəz regionda artıq fəaliyyət göstərən Stadler qatarlarını idarə etmək üçün maşinistlər hazırlayacaq. Mərkəzin tikintisi İsveçrə şirkəti tərəfindən maliyyələşdiriləcək.

Qeyd olunur ki, Təlim və İnkişaf Mərkəzinin yaradılması üçün Almaniya, Türkiyə və İspaniyanın dəmir yollarında tətbiq edilən ən yaxşı təcrübə nümunələri öyrənilib.

Ülviyyə, Hurriyyet.az

Chosen
11
hurriyyet.az

1Sources