EN

“Neftçi” Emin Mahmudovun durumuna aydınlıq gətirdi – daha iki futbolçu...

Məlum olduğu kimi, Emin Mahmudov millimizin Millətlər Liqasındakı son iki matçında iştirak etmədi. Ona görə ki, yığmanın düşərgəsinə qoşulan futbolçu hazırlıq prosesi zamanı zədələndi və “Zirə”nin yarımmüdafiəçisi İsmayıl İbrahimli ilə əvəzləndi.

Emin noyabrın 14-də “Football-plus.az”a açıqlamasında 7-10 gün sonra məşqlərə qoşula biləcəyini demişdi. Həmin vaxtın yetişdiyini nəzərə alıb “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallıya bu sualla müraciət etdik: Eminin son durumu necədi? Məşqlərə qoşulubmu?

Klub rəsmisinin cavabı:

“Andre Şinyaşiki, Azər Salahlı və Emin Mahmudov zədəlidi. Hər üçünün müalicəsi davam edir. Hələ tam sağalmayıblar. 14-cü turun “Neftçi” – “Zirə” matçını buraxacaqlar”.

KƏNAN BAHADIR
Chosen
16
football-plus.az

1Sources