EN

Məcburi köçkünlərə verilən “çörəkpulu” artırılır?

Növbəti ilin əvvəlindən maaş, pensiya və bəzi müavinətlərin artırılacağı artıq dəqiqləşib. Sosial şəbəkələrdə məcburi köçkünlərə dövlət büdcəsindən ödənilən vahid aylıq müavinət məbləğinin yenidən artırılacağı haqqında məlumatlar yayılıb.

“Çörəkpulu”nun artırılması da gözlənilirmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, bu məsələyə baxıla bilər:

“Əslində, bu status ikibaşlıdır. Birincisi, ərazilər işğaldan tam azad olunub və həmin ərazilərdə suverenliyimiz bərpa edilib. Bu isə “məcburi köçkün” ifadəsini qüvvədən salmış olur. Ancaq reallıqda faktiki olaraq, həmin vətəndaşlar hələ ki öz dədə-baba yurdlarına köçməyiblər.

Digər tərəfdən, bu məsələyə baxıla bilər. Əlbəttə, qərar qəbul etmək hökumətin ixtiyarındadır.

Ümumən isə, yəni hüquqi cəhətdən məcburi köçkün statusu havada qalıb”.

Ekspert qeyd edib ki, “çörəkpulu”nun artımı iqtisadiyyat və maliyyə dayanıqlığı üçün heç bir yük təşkil etmir:

“Çörəkpulu”nun ödənilməsi hökumət üçün elə də çətin problem deyil. Maliyyə dayanıqlığını və makro-iqtisadi tarazlığı nəzərə alsaq, Azərbaycan iqtisadiyyat üçün yük yoxdur”.

Chosen
5
10
musavat.com

10Sources